• 21 Yanvar 2022
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74220 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29529 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6493757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3929404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2564353 təşkil edir.