• 27 Yanvar 2022
logo
Noyabrda ABŞ-dan Azərbaycana daha 6 baş minaaxtaran it gətiriləcək

Noyabrda ABŞ-dan Azərbaycana daha 6 baş minaaxtaran it gətiriləcək

“Minatəmizləmə işlərinin böyük əksəriyyətini itlərlə ərazinin yoxlanması təşkil edir”.
Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
ANAMA-nın sədri bildirib ki, ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında əməkdaşlığın davamı üçün bu gün yeni anlaşma imzalanacaq: “Avqust ayının 23-də növbəti 10 it MLI tərəfindən bizə təqdim olunub. Ümumiyyətlə, anlaşmaya görə 2023-cü ilə qədər ANAMA-ya 30 ədəd it veriləcək. 10 it artıq agentliyin bazasındadır. Onlarda iqlimə uyğunlaşma prosesi gedir. Təlimlərdən sonra itlər əməliyyatlara cəlb ediləcək. Növbəti 6 it bu ilin noyabr ayında Azərbaycana gətiriləcək. Daha 14 itin bir hissəsi gələn ilin iyul ayında, sonuncu itlər isə 2023-cü ildə Azərbaycana gətiriləcək. 30 baş minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək”.