• 21 Yanvar 2022
logo
Mehriban Vəliyeva: “Əks göstəriş sertifikatı alan təhsil işçiləri ilə bağlı müəyyən məhdudiyyətlər olacaq”

Mehriban Vəliyeva: “Əks göstəriş sertifikatı alan təhsil işçiləri ilə bağlı müəyyən məhdudiyyətlər olacaq”

“COVID pasportu və əks göstəriş sertifikatları ilə bağlı məsələ gündəmdədir”.
Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.
O bildirib ki, vaksinasiyadan keçən müəllimlər rahat şəkildə tədrisə cəlb olunacaq: “Amma təhsil kütləvilik daşıdığı üçün əks göstərişli insanları belə kütləvi mühitə buraxıb, digərlərini risk altına ala bilmərik. Bununla bağlı müəyyən məhdudiyyətlər olacaq və bu, tam şəkildə açıqlanacaq. Bu məsələlər hələ ki, müzakirə olunur”.