• 27 Yanvar 2022
logo
Azərbaycanlılara işgəncə verən erməni yaraqlıların məhkəmə prosesi üzrə yekun hesabat təqdim edilib

Azərbaycanlılara işgəncə verən erməni yaraqlıların məhkəmə prosesi üzrə yekun hesabat təqdim edilib

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycanın işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, və digər müharibə cinayətləri törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesində aparılmış məhkəmə müşahidəsinin yekun hesabatını təqdim edib.
Hesabatı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli və hüquqşünas Fariz Əkbərov təqdim ediblər.
İlk olaraq çıxış edən "Hüquqi Təhlil və Araşdırmalar" İçtimai Birliyinin sədri Ramil İsgəndərli birinci və ikinci Qarabağ müharibəsini əhatə etdiyi məhkəmənin özəlliyindən danışıb. QHT nümayəndəsi bildirib ki, azərbaycanlılara işgəncə verən şəxslər ikinci dəfə Qarabağa gəlmişdilər.
Daha sonra Ombudsman nümayəndəsi çıxış edərək məhkəmənin hüquq normalarına tam uyğun keçirildiyini deyib.
Qeyd olunub ki, Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə görə hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə ictimaiyyətə açıq şəkildə təşkil edilib və məhkəmə iclaslarında xeyli sayda yerli və xarici vətəndaş cəmiyyəti qurumarları, Ombudsman təsisatı, media və QHT nümayəndələri iştirak ediblər.
Müşahidənin məqsədi – keçirilən məhkəmə prosesinin beynəlxalq humanitar hüquq və insan hüquqları, ədalətli mühakimə və açıq və qərəzsiz məhkəmə araşdırması hüququ və prinsipləri baxımından beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək idi.
Beynəlxalq Humanitar Hüquq və insan hüquqları prinsiplərinə görə, Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bütün dövlətlər öz vətəndaşları və ya silahlı qüvvələri tərəfindən və ya ərazilərində törədildiyi iddia edilən hərbi cinayətləri araşdırmalı və cinayətləri törətməkdə təqsirlı bilinən şəxsləri mühakimə etməlidir. Əsirlər hərbi əməliyyatlarda yalnız iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilməsələr də (Üçüncü Cenevrə Konvensiyasına görə), onları həbs edən ölkə onları mümkün müharibə cinayətlərinə görə mühakimə edə bilər.
Müşahidəçilər tərəfindən keçirilmiş məhkəmə prosesinin prosedur nqöteyi nəzərindən Cenevrə konvensiyaları, Avropa İnsan Hüquqlari Konvensiyası və Mulki və siyasi hüquqlar haqqında Paktla müqayisəli analiz aparılaraq, belə qənaətə gəlmişdir ki, proses zamanı Ədalətli məhkəmə araşdırması ilə bağlı beynəlxalq standartların məhkəmə tərəfindən tam əməl olunub. Belə ki, aşağıdakı məsələlər yüksək səviyyədə təmin edilib:
- Məhkəmənin müstəqilliyi və qərəzsizliyi, tərəflərin bərabərliyi prinsipi
- Legitim hərbi məhkəmə (Bakı Hərbi Məhkəməsi), bərabər ittiham və müdafiə tərəfi, məhkəmə çəkişməsi prinsipi
- Təqsirləndirilən şəxslərə, zərərçəkmiş şəxslərə işin mahiyyəti və səbəbləri barədə dolğun məlumat verilməsi və hüquq və vəziflərin izah olunması
- Təqsirləndirilən şəxslərin tərcümə ilə təmin olunması
- Müdafiə tərəfinin vəsatətlərinin təmin edilməsi
- Tədsirləndiriıən şəxsin məhkəmə zalında azad şəkildə iştitrakının təmin edilməsi
- Məhkəmənin açıq keçirilməsi prinsipi və ictimaiyyət nümayəndələrinin Pandemiya qaydalarına riayət etməklə iştirakının təmin olunması
“Bu proses zamanı 2 ay müddətində bütün iclaslarda müstəqil QHT müşahidəçisi qismində iştirak edən şəxs kimi deyə bilərəm ki, proses nəticəsində əsas etibarilə bu nəticəyə gəlmək olar ki, Azərbaycan dövləti onun vətəndaşlarına qarşı Qarabağ müharibələri zamanı törədilmiş müharibə cinayətlərinə görə təqsirkar şəxsləri tam olaraq beynəlxalq hüquq standartları çərçivəsində müstəqil, qərəzsiz və ədalətli məhkəmə araşdırması prinsiplərinə əsasən mühakimə edir və bundan sonra da mühakimə edəcəkdir”, - R. İskəndərli vurğulayıb.