• 19 Yanvar 2022
logo
Azərbaycanda məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Azərbaycanda məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Bütün ümumi təhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursu tədris ediləcək.
Bu, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə əksini tapıb.
Qeyd olunub ki, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.