• 27 Yanvar 2022
logo
Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinə əlavələrin verilməsi müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinə əlavələrin verilməsi müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti sentyabrın 1-dək uzadılıb.
Əvvəl bu müddət avqustun 1-dək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.