• 21 Yanvar 2022
logo
Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.
Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.
Qərara əsasən, kollegiyanın tərkibi 9 nəfərdən ibarət olmaqla müəyyənləşdirilib. Əvvəl bu say 7 nəzərdə tutulmuşdu
Kollegiyanın üzvləri bölməsində Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini sözləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru sözləri ilə əvəz edilib və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.