• 29 Noyabr 2020
logo
Zaur Kamal Hacı Zeynal Abdın Tağıyevə rəhmət oxudur

Zaur Kamal Hacı Zeynal Abdın Tağıyevə rəhmət oxudur

Xəzər TV-də yayaımlanan "5-də 5" verilişində gözəl və real ənənə həyata keçirilir. Verilişin aparıcısı Zaur Kamal verilişinə qonaq dəvət etdiyi müğənnilərdən hansısa imkansız tələbəyə maddi dəstək olmaq prosesini həyata keçirir.

İmkanlı müğənnilər də bu istəyi reallaşdırırlar. TV-nin çəkiliş qrupu ali məktəblərə daxil olan, ancaq müəyyən səbəblərdən təhsil haqqını ödəyə bilməyən imkansız ailələri tapıb üzə çıxarır. Proqram bununla da bir xeyriyyəçilik missiyasını həyata keçirmiş olur. Bu ənənənin digər əyləncəli, şou verilişlərində tətbiq edilməsini cəmiyyətdə istəyənlər də çoxdur.