• 27 Yanvar 2022
logo
TƏBİB: Vaksinasiyadan sonra şokolad, spirtli içkinin qəbulu məsləhət görülmür

TƏBİB: Vaksinasiyadan sonra şokolad, spirtli içkinin qəbulu məsləhət görülmür

“Koronavirus xəstələrinin qidalanmasına dair təlimat hazırlanıb”.
Bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva “TƏBİB məsləhəti”ndə deyib. O bildirib ki, təlimatın növbəti günlərdə xəstəxanalara paylanılması nəzərdə tutulub.
Onun sözlərinə görə, bəzən insanlar vaksin olunduqdan sonra allergik reaksiya yaradacaq qida qəbul eləyir və həmin qidaya qarşı olan reaksiyanı vaksinlə əlaqələndirirlər: "Vaksinasiyadan sonra şokolad, spirtli içkinin qəbulu məsləhət görülmür".