"“ASAN xidmət" mərkəzlərində COVID pasportu tələbi yoxdur”.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, çünki burada vətəndaşlara zəruri olan sənədlərin verilməsi təşkil olunur:
“Buna görə də hər hansı ilkin şərt yoxdur. Amma son dövrlər COVID pasportu tələb olunacaq deyə "ASAN xidmət" mərkəzlərinə kütləvi axın var. Bu, epidemioloji vəziyyəti gərginləşdirən amildir”.
O bildirib ki, “ASAN xidmət” mərkəzlərində xidmətlər üçün elektron növbə sistemi var və hər kəs bu tətbiqi telefona yükləyə, gəlməmişdən əvvəl onlayn qaydada növbə götürə bilər: “Vətəndaşlardan xahiş edirik ki, vaxtlarına qənaət etsinlər, həm də risklər almadan əvvəlcədən növbə götürsünlər”.