• 20 Yanvar 2022
logo
TƏBİB: Yaşlı insanlar, immun problemi olanlar, tibb işçiləri 6 ay sonra əlavə 1 doza da vaksin vurdursalar, effektiv olar

TƏBİB: Yaşlı insanlar, immun problemi olanlar, tibb işçiləri 6 ay sonra əlavə 1 doza da vaksin vurdursalar, effektiv olar

“Epidemiologiyada əlavə doza əvvəlki təcrübələrdə də olub. Bu, əldə olunmuş immunitetin daha uzun müddət davam etməsi üçün tövsiyə olunur”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Y. Qarayeva bildirib ki, ən böyük ehtimala əsasən, vaksinin 6-8 ay müddətində effektivliyi təsdiqlənir: “Ona görə də bütün elm aləmində düşünürlər ki, 6 aydan sonra əlavə dozanın verilməsi tövsiyə olunur. Artıq bu haqda “Sinovac” şirkəti rəsmi məlumat da yayıb. Xüsusilə yaşlı insanlarda effektivlik haqqında məlumatlar var. Yaşlı insanlar əlavə dozanı vurduqda qanda olan immunoqlobulin sayı artır. Ona görə də tövsiyə edirik ki, yaşlılar, immun problemi olan insanlar, tibb işçiləri 6 ay keçəndən sonra əlavə 1 doza da vurdursalar, daha effektiv olar”.