• 7 İyul 2025
logo
Prezidentin köməkçisi: “Özünü peyvənd olunmuş kimi göstərən şəxslər çox ciddi cəzalandırılacaqlar”

Prezidentin köməkçisi: “Özünü peyvənd olunmuş kimi göstərən şəxslər çox ciddi cəzalandırılacaqlar”

“Bir neçə hallarda istintaq əməliyyatlarından sonra bəlli olub ki, xəstəxanada olan insanların bəziləri özünü peyvənd olunmuş kimi təqdim edənlərdir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bu kimi halların araşdırıldığını bildirib: “Həkimlər və kiçik tibbi personal arasından da insanlar tutulub. İnsanlar nəinki öz həyatı ilə oynayır, həm də dövlətin siyasətinə xələl gətirirlər. Buna hansısa əsas gətirmək qeyri-mümkündür. Müvafiq dövlət orqanları bununla mübarizəni davam edəcək. Həmin şəxslərə buradan da müraciət edirik ki, onlar çox ciddi cəzalandırılacaqlar.”