• 25 Yanvar 2022
logo
TƏBİB: Azərbaycanda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir

TƏBİB: Azərbaycanda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir

“Hazırda Azərbaycanda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, 11 müəssisə Bakı-Abşeronda, 7-si regionlardadır: “Ehtiyat tibb müəssisələri mövcuddur. Bizdə modul tipli xəstəxanalar da daxil olmaqla 40-a yaxın pandemiya xəstəxanası fəaliyyət göstərirdi. Avqust ayının 1-də xəstəxanalarda cəmi 808 xəstə var idisə, dünən artıq bu rəqəm 4 mini keçib. Bu da çox ciddi artımdır. Biz yenidən qaydalara qayıtmalıyıq. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi rahatlaşdırmamalıdır”.