• 24 Yanvar 2022
logo
Uşaq bağçalarında valideynlərdən COVİD pasportu tələb olunması məsələsinə aydınlıq gətirilib

Uşaq bağçalarında valideynlərdən COVİD pasportu tələb olunması məsələsinə aydınlıq gətirilib

Uşaq bağçalarında valideynlərdən COVİD pasportu tələb olunması məsələsinə aydınlıq gətirilib.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisəsi və Uşaq Evləri İdarəsindən sorğusuna cavab olaraq bildirilib ki, idarə tərəfindən məktəbəqədər təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.
Qeyd edək ki, uşaqları bağçaya gedən valideynlərdən gələn həftədən etibarən COVİD-19 virusuna qarşı vaksin olunmaları barədə sənədin surətini təqdim etmək tələbi ilə bağlı iddia yayılıb. İddialarda bildirilib ki, vaksini vurdurmamaq üçün hər hansı səbəb varsa, valideynlər bununla bağlı da sənəd təqdim edilməlidir. Əks halda, vaksin olunmayan valideynlərin uşaqları bağçaya buraxılmayacaq.