• 24 Yanvar 2022
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5794483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3420144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2374339 təşkil edir.