• 24 Yanvar 2022
logo
Misirdəki Azərbaycan diaspor təşkilatında xarici ölkələrdən olan tələbələrlə görüş keçirilib

Misirdəki Azərbaycan diaspor təşkilatında xarici ölkələrdən olan tələbələrlə görüş keçirilib

Misirdəki Azərbaycan diaspor təşkilatının ofisində Qahirənin müxtəlif universitetlərində təhsil alan xarici ölkələrdən olan tələbələrlə görüş keçirilib. Bu barədə xalqcəbhəsi.az-a “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov məlumat verib. O, bildirib ki, görüşdə Nigeriya, Niger, Seneqal, Malaysiya, Kanar adaları, Əfqanıstan və digər ölkələrdən tələbələr iştirak edib. S.Nəsirov bildirib ki, onlar mərkəzdə təşkil edilmiş ərəb dili və ədəbiyyatı kursunda ödənişsiz təhsil alacaqlar.
Seymur Nəsirov əlavə edib ki, bu il ərəb dili və ədəbiyyatı kursunda Uzaq Şərq və Afrikadan olan 43 müdavim təhsil alacaq: “Təcrübəli müəllimlər onlara həftədə 3 dəfə dərs keçəcəklər”.
S.Nəsirov əlavə edib ki, diaspor mərkəzində ümumilikdə 500 gənc müxtəlif fənlər, o cümlədən Azərbaycan dili, xəttatlıq, qiraət və s. üzrə kurslarda iştirak edir.
Təşkilat rəhbəri tələbələrə Azərbaycanın tarixi, mədəni irsi, müasir inkişafı, ədəbiyyatı haqqında məlumat verib. O, afrikalı və asiyalı gənclərin mənsub olduğu ölkələrlə əlaqələrimizdən də bəhs edib.
Somali, Sudan, İndoneziya və Banqladeşdən olan gənclər ərəb dili və ədəbiyyatı ilə yanaşı, Azərbaycan dilinə, ölkəmizin tarixi və mədəniyyətinə də maraqlarını ifadə ediblər.

Əli