• 4 Oktyabr 2024
logo
116 nəfərdə dərman qəbulu allergiya yaradıb, 139 nəfər isə zəhərlənib

116 nəfərdə dərman qəbulu allergiya yaradıb, 139 nəfər isə zəhərlənib

Bu ilin yanvar-oktyabr (oktyabrın hazırkı dövrünə qədər) ayları ərzində 139 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.
Bunu özəl olaraq mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 19-u uşaq olub.
A.Maqsudov bildirib ki, bu il ərzində 20-si uşaq olmaqla, 116 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.
Şöbə müdiri hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil. Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir.
A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.