• 21 Yanvar 2022
logo
ETSN: Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur

ETSN: Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur

Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.
Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur.
Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.