• 12 İyul 2025
logo
İyulun 27-28-də keçirilən qəbul imtahanlarında 1800-dən çox abituriyent iştirak etməyib

İyulun 27-28-də keçirilən qəbul imtahanlarında 1800-dən çox abituriyent iştirak etməyib

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 27-28 iyul tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33610 abituriyentdən (I qrup üzrə 28605 nəfər, IV qrup üzrə 5005 nəfər) 1878 nəfəri (I qrup üzrə 1696 nəfər, IV qrup üzrə 182 nəfər) imtahanda iştirak etməyib.