• 21 Yanvar 2022
logo
Peşə təhsili alanların hərbi xidmətdən möhlət hüququ barədə məsələyə aydınlıq gətirilib

Peşə təhsili alanların hərbi xidmətdən möhlət hüququ barədə məsələyə aydınlıq gətirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov peşə təhsili alan şəxslərin hərbi xidmətdən möhlət hüququ barədə məsələyə aydınlıq gətirib.
Ceyhun Kərəmov bildirib ki, bununla bağlı hazırda qanunvericilik təşəbbüsləri irəli sürülüb:
"Hazırda qanun layihəsinə baxılır. Yüksək texniki peşə ixtisaslarına daxil olan şəxslərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi ilə bağlı qanuna dəyişiklik təklifi vermişik".