• 2 İyul 2025
logo
Peşə təhsili müəssisələrinə dövlət hesablı ayrıların yerlərin sayı açıqlanıb

Peşə təhsili müəssisələrinə dövlət hesablı ayrıların yerlərin sayı açıqlanıb - FOTO

“2021-2022-ci tədris ilində ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılacaq”.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov bildirib.
Onun sözlərinə görə, 15 ixtisas üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılıb: "Yüksək texniki peşə təhsil səviyyəsi peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutur".
O qeyd edib ki, son 5 ildə 3 yeni peşə təhsil mərkəzi açılıb: "Bu il Bərdədə də yeni peşə təhsil mərkəzinin açılışı planlaşdırılır və builki qəbulda həmin peşə təhsil mərkəzinə də tələbə qəbulu elan edilir".
Bu il peşə təhsili mərkəzlərində ənənəvi ixtisaslar da var, bir çox yeni sahələr üzrə də ixtisaslar olacaq: "Bu il ən çox informasiya-kommunikasiya texnologiyaları üzrə, avtomobil sahəsi, aşpaz, kənd təsərrüfatı və bir çox sənaye yönümlü ixtisaslar, iqtisadiyyat, turizm üzrə qəbul planlaşdırılır. Sosial həssas qruplara da peşə təhsili mərkəzlərində xüsusi diqqət ayrılır və onlara şərait ayrılır. Bura valideynlərini itirmiş, valideyn himayəsindən mərhum olan, I, II, III dərəcə əlilliyi olanlar, şəhid övladları və valideynində I dərəcə əlillik olan və s. ailələrin övladları daxildir".