• 24 Yanvar 2022
logo
Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir

Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir

Bu gündən etibarən peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov bildirib.
Onun sözlərinə görə, ötən il olduğu kimi peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron qaydada ödənişsiz formada aparılacaq: "Peşə təhsili almaq istəyənlər bu gündən avqustun 20-dək portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır".
C.Kərəmov deyib ki, qeydiyyatdan keçən müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir: "Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar".