• 5 İyul 2022
logo
Bu ilin Azərbaycanda 293 nəfər İİV-ə yoluxub

Bu ilin Azərbaycanda 293 nəfər İİV-ə yoluxub

Bu ilin 6 ayı ərzində Azərbaycanda 293 nəfər insan immunçatışmazlığı virusuna (İİV) yoluxub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun bu il 6 ayı ilə bağlı hesabatında əksini tapıb.
Ümumilikdə 1988-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8989 nəfər qeydiyyata götürülüb. Onlardan 8687-si Azərbaycan vətəndaşı, 302-i əcnəbidir. İİV-ə yoluxanların 6434-ü kişi, 2555-i qadındır. Onlardan 3418-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2714 nəfəri hazırda dispanser qeydiyyatındadır.
Hesabata əsasən, 2021-ci ilin 6 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 339 pasiyentdən 31 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin 31 iyun tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6755 nəfər təşkil edib ki, onların da 2301 nəfəri inyeksion narkotik istifadəçisidir.