• 3 İyul 2022
logo
“Səhiyyə sisteminin yükü artacaqsa qapanmalar ola bilər”

“Səhiyyə sisteminin yükü artacaqsa qapanmalar ola bilər” - Vaqif Qarayev

Koronavirusa yoluxma və ölüm sayında artım müşahidə olunur. Bunun nədən qaynaqlandığı və hansı problemlərə yol aça biləcəyi ilə bağlı xalqcəbhəsi.az-ın suallarını cavablandıran tanınmış həkim Vaqif Qarayev bildirdi ki, yoluxmanın sürətlə artmasının səbəbi restoranlarda kütləvilik, toylar, kef məclisləri, yas mərasımləri, həmçinin sosial məsuliyyətsizlik, pandemiyanı, virusu ciddiyə almamaq, vaksindən imtina etməkdir: “Əlbəttə, bu siyahını uzatmaq da olar. Əgər səhiyyə sisteminin yükü artacaqsa, yəni xəstəxanalar yüklənəcəksə qapanmalar ola bilər. Bu qərarı mənim kimi həkimlər yox, hökumət verəcək. Şəxsən mən istəməzdim qapanmalar olsun. Amma hər günahı hökumətin boynuna atmamalıyıq. Yuxarıda səbəbləri vurğuladım. Hər kəs özünü qorumalı, məsafə saxlamalı, gigiyenik qaydalara əməl etməli və peyvənd olunmalıdır”.

Əli Zülfüqaroğlu