• 3 İyul 2022
logo
Dövlət Komissiyası narkomaniyaya və narkotiklərin dövriyyəsinə qarşı daha effektiv mübarizə üçün qərarlar qəbul edib

Dövlət Komissiyası narkomaniyaya və narkotiklərin dövriyyəsinə qarşı daha effektiv mübarizə üçün qərarlar qəbul edib

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarət gücləndiriləcək.
Nazirlər Kabinetindən verilən məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında son dövrlərdə narkotik vasitələrin ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
İclasın yekunu olaraq gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarətin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.