• 3 İyul 2022
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60068 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22327 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5311119, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3091301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2219818 təşkil edir.