• 3 İyul 2025
logo
İraqın rabitə naziri "ASAN xidmət"də olub

İraqın rabitə naziri "ASAN xidmət"də olub

İraqın rabitə naziri Arkan Şihab Ahmed Al-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN” xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
"ASAN xidmət"dən bildirilib ki, görüş "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi ilə əlaqədar qarşı tərəfdən ünvanlanmış sorğu əsasında təşkil olunub. Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 45 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Görüş zamanı gələcəkdə “ASAN xidmət", elektron hökumət və ABAD modellərinin İraqda tətbiqindən bəhs olunub və yaxın gələcəkdə görüləcək işlər üçün hüquqi bazanın yaradılması barədə ilkin razılıq əldə olunub.