• 2 İyul 2022
logo
Bu il icbari tibbi sığorta çərçivəsində xəstəxanalara ən çox hansı xəstəliklərlə bağlı müraciət olduğu açıqlanıb

Bu il icbari tibbi sığorta çərçivəsində xəstəxanalara ən çox hansı xəstəliklərlə bağlı müraciət olduğu açıqlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu ilin birinci yarımilində icbari tibbi sığorta çərçivəsində ölkə üzrə tibb müəssisələrinə ən çox hansı xəstəliklərlə bağlı müraciət olduğunu açıqlayıb.
Agentlikdən verilən məlumata görə, sözügedən müddət ərzində ölkə üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.