ASAN Xidmət dövlət xidmətlərində innovativ texnologiyaların tətbiq olunması məqsədi güdür.
Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumunda deyib.
Onun sözlərinə görə, dövlət xidmətlərində innovativ texnologiyaların tətbiqi ölkədə iqtisadiyyatın dayanıqlı inkişafının prioritet istiqamətidir:
“Bunun təsdiqi kimi ASAN Xidmətin tərkibində formalaşmış “ASAN Finans”, “ASAN Viza”, “Mygov.az” kimi layihələri göstərmək olar”.