• 5 İyul 2022
logo
“Park Bulvar”da TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib

“Park Bulvar”da TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib

COVID-19 pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi davam etdirilir.
“Azersun”dan verilən məlumata görə, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə ölkənin iri ticarət mərkəzlərində də səyyar briqadalar fəaliyyət göstərir. Park Bulvar Alış-veriş Mərkəzində (AVM) TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib. Vaksinasiyada iştirak etmək istəyən hər bir şəxs AVM-nin 2-ci mərtəbəsində yerləşən peyvənd otağına yaxınlaşa bilər.
Məlumata görə, vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak edə bilərlər. Park Bulvar Alış-veriş Mərkəzində peyvənd olunmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçib 1 saylı şəhər poliklinikasını qeyd etmək lazımdır. Səyyar vaksinasiyada Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. AVM-də fəaliyyət göstərən briqadanın həkimlərinin bildirdiyinə görə, vaksinasiya prosesi normal keçir və burada peyvənd olunan şəxslərdən heç bir şikayət daxil olmayıb.