• 1 İyul 2025
logo
Bakıda 41, bəzi rayonlarda 43 dərəcə isti olacaq

Bakıda 41, bəzi rayonlarda 43 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.
Məlumatda bildirilir ki, avqustun 4-8-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40-41, respublikanın rayonlarında 35-40, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43 dərəcəyədək yüksələcəyi gözlənilir.