• 5 Oktyabr 2023
logo
Paytaxtda bir neçə avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək

Paytaxtda bir neçə avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.
5 nömrəli marşrut xətti üzrə avtobuslar 20-ci sahə istiqamətində A.Nemətulla küçəsi – Heydər Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti – Ə.Ağaoğlu küçəsi – Təbriz küçəsi daha sonra öz xətti üzrə hərəkət edəcək. Əks istiqamətdə isə “Nəriman Nərimanov” metro stansiyası istiqamətində Təbriz küçəsi – Ə.Ağaoğlu küçəsi - Xətai prospekti – Heydər Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi ilə gedəcək.
11 nömrəli marşrut xətti üzrə avtobuslar isə S.Rəhimov küçəsi (“28 May” metro stansiya) istiqamətində Ə.Rəcəbli küçəsi – Təbriz küçəsi - A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti daha sonra öz xətti ilə hərəkət edəcək. Əks istiqamətdə Əbilov küçəsi istiqamətində Xətai prospekti – Heydər Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi – Ə.Rəcəbli küçəsi daha sonra öz xətti üzrə gedəcək. Eyni zamanda, tədbirlə əlaqədar digər küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulması zamanı müəyyən marşrutların hərəkət istiqamətləri operativ olaraq dəyişdiriləcək.
Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə edərək ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaqları xahiş olunur.