• 8 May 2024
logo
Ermənistanın “patı” planı: adekvat addım nə olmalıdır?

Ermənistanın “patı” planı: adekvat addım nə olmalıdır?

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev iyulun 27-də bizə verdiyi açıqlamada maraqlı informasiya vermişdi və təbii ki, bu xəbər ölkədə gündəmə çevrildi.
Xatırladaq ki, R.Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevirlən “patı” Xankəndidə hazırlanır. Bildirilir ki, alman kəşfiyyatı bununla bağlı dəqiq informasiya əldə edib: “Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar”.
Mənbənin bildirdiyinə görə, Xankəndidə “Patı” istehasl edib Azərbaycanın digər ərazilərinə ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər.
Mənbə bildirib ki, əvvəllər “patı” istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər.
Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir.
Mövzu ilə bağlı fikirlərini davam etdirən R.Quliyev “Xalq Cəbhəsi”nə dedi ki, bu informasiya bəsit bir hadisə deyil: “Son dərəcə ciddi bir mənbədən söhbət gedir. Ona görə də, hesab edirəm ki, biz bunu ciddyə almalı və bu istiqamətdə araşdırmalar həyata keçirməliyik. Ümid edirəm ki, bizim üçün çox zəruri olan bu informasiyadan effektiv istifadə edə biləcəyik”.
Bəs ekspertlər nə düşünürlər? Bu planlı şəkildə həyata keçirilirsə adekvat addım nə olmaldır?

Turab Rzayev: “Ermənistan heç bir üsulu istifadə etməkdən çəkinmir”

Analitik Turab Rzayev:
-Əlbəttə ki, bu iddialar ciddi araşdırılmalıdır. Ermənistan bizə düşmən dövlətdir və müharibədə heç bir üsulu istifadə etməkdən çəkinmir. Bura ekoloji terror, qadağan olunmuş minaların basdırılması, su hövzələrinə zərərli mineralların və tullantıların axıdılması və s. aiddir. Biz düşmənin terror hücumlarının, süni daşqın və quraqlıq yaratmasının, əkin yerlərini daim yandırmasının və.s problemlər yaratmasının şahidi olmuşuq. Ona görə də Ermənistanın Azərbaycan gəncliyini, potensial əsgər və zabitlərimizi, vətən keşikçilərimizi sıradan çıxarmaq üçün hər cür məkrli addım atması tamamilə gözləniləndir.
Düşünürəm ki, bu cür narkotik vasitələrin yayılması dövlət təhlükəsizliyinə təhdid olaraq qəbul edilməli, onların istehsalı, ölkəyə girişi və yayılma kanalları xüsusi nəzarətə götürülməlidir. Hətta düşünürən sintetik narkotiklərə qarşı mübarizə üçün ictimai şuranın yaradılması, bu cür narkotiklərlə mübarizəyə ictimai təşkilatların, geniş ictimaiyyətin cəld edilməsi də mübarizədə yardımçı ola bilər. Cəmiyyətin bütün siniflərinin maaarifləndirilməsini vacib hesab edirəm...

İlyas Hüseynov: “Patı”nın Xankəndidə hazırlanması ilə bağlı məlumatlar erməni xislətindən xəbər verir”

Politoloq İlyas Hüseynov:
-Narkotik vasitələrin son dövrlər ölkəmizdə geniş yayılması böyük problemə çevrilib. “Patı” satanların hər gün tutulması ilə bağlı KİV-lərdə məlumat yayılır.
Elə ilk gündən bu bəla ilə bağlı ehtimallardan biri də onun Ermənistanda istehsal olunması idi. Bu “məhsulun” ölkə daxilində istehsal edilməsi ilə bağlı da müxtəlif fikirlər dolaşırdı. Lakin onun Xankəndidə hazırlanması ilə bağlı məlumatlar erməni xislətindən xəbər verir. Sonuncu versiyanın ortaya çıxmasında alman kəşfiyyatına istinad olunması bu ehtimalları daha da artırır. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər və hər bir məkrli vasitəyə müraciət edirlər. Bununla da gənclərimizi zəhərləyirlər. Qeyd olunan narkotik vasitə çox güclü təsiredici xüsusiyyətlərə malikdir. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar.
Kriminal rejim işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin becərilməsini həyata keçirirdi. Hazırda digər vasitələrə əl atıblar.
Ümid edirik ki, hüquq-mühafizə orqanlarımızın həyata keçirdiyi tədbirlər nəticəsində bu bəlanın sonuna çıxmaq mümkün olacaq.

Əli Zülfüqaroğlu