• 8 Fevral 2025
logo
DİM: 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub

DİM: 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Mərkəzdən verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.
4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.