2021-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 697 min nəfərə yaxın olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, onlardan 400 min nəfərə yaxını müavinət, 297 min nəfərə yaxını isə təqaüd alıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə e-qaydada aparılıb.