• 13 Fevral 2025
logo
Daha bir yenidoğulan körpə küçəyə atıldı

Daha bir yenidoğulan körpə küçəyə atıldı - Foto

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.
Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Feysbuk səhifəsində yazıb.
O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb:
"Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".
Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.