• 3 Dekabr 2020
logo
İki rayonda qaz olmayacaq

İki rayonda qaz olmayacaq

Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən Heydər Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək. Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.