Oktyabrın 18-də Macarıstanın Debresen Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru, professor Laszlo Erdey Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Qonağı qəbul edən AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitetin tarixi, fəaliyyəti, fakültələri və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.
Professor Laszlo Erdey təmsil etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən və inkişaf mərhələlərindən danışıb. O, AzTU ilə yaxından tanış olduğunu və hər iki universitetdə uyğun ixtisaslar olduğu üçün əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
Görüşdə hər iki universitet arasında əməkdaşlıq sahələri- təhsil, ikili diplom, müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqat işləri, nəşr, layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə edilib, əməkdaşlıq barədə ilkin razılıq əldə edilib.