• 4 İyun 2023
logo
DİM: 5 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric edilib

DİM: 5 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric edilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub. 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.