• 9 Fevral 2025
logo
Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bakıda iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət” şadlıq sarayı) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib.
169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil edilib.
Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə qədər fəaliyyət göstərəcək.
Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.