• 18 Fevral 2025
logo
ETSN vulkan püskürməsi barədə rəsmi məlumatın gec yayılmasına münasibət bildirib

ETSN vulkan püskürməsi barədə rəsmi məlumatın gec yayılmasına münasibət bildirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün vulkan baş verəndən sonra rəsmi məlumatın gec yayılması barədə deyilənlərə münasibət bildirib. APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, hadisə baş verəndən dərhal sonra müxtəlif qurumlar tərəfindən məlumatlar verilib: "Məlumat alanda araşdırılır, analiz edilir və daha sonra hər hansı qrup tərəfindən rəsmi açıqlama kimi yayılır".

R. Səttarzadə adada vulkan püskürməsinin çimərliklərə təsiri olub-olmayacağı məsələsinə də münasibət bildirib: "Düşünmürəm ki, bu hadisə çimərliklərə hər hansı problem yaratsın".