• 18 Fevral 2025
logo
Hande Harmancı: "Azərbaycanda tətbiq edilən vaksinlər təhlükəsizdir”

Hande Harmancı: "Azərbaycanda tətbiq edilən vaksinlər təhlükəsizdir”

“Bəzi ştammların diaqnostikası daha güclü ola, bəzilərinə peyvəndlər çox təsir etməyə bilər”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bəzi ştammlar insanları daha çox yoluxdura bilər: “Nə olur olsun, əhali gigiyenik qaydalara əməl etməlidir. Xüsusilə sıx məkanlara girdiyimiz zaman maska taxmaq vacibdir. Vaksinasiya çox önəmlidir. Hazırda Azərbaycanda tətbiq edilən vaksinlər təhlükəsizdir”.