• 1 İyun 2023
logo
Nazir müavini: "İlkin səhiyyənin əlçatanlıq və keyfiyyəti yüksək olarsa, xəstəliklərlə mübarizə asanlaşar"

Nazir müavini: "İlkin səhiyyənin əlçatanlıq və keyfiyyəti yüksək olarsa, xəstəliklərlə mübarizə asanlaşar"

“İlkin səhiyyə xidməti elə xidmətdir ki, onun əlçatanlığı, keyfiyyəti yüksək səviyyədə olarsa, həm qeyri-infeksion xroniki xəstəliklər, həm də infeksion xəstəliklərlə mübarizə çox rahatlaşar”.

Bunu səhiyyə nazirinin müavini Rəhim Əliyev "PROACT-Care" layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində deyib.
O bildirib ki, bu xəstəliklərlə mübarizə aparmaq həm dövlət, həm əhali üçün asanlaşır: “Hazırda Azərbaycan səhiyyəsi icbari tibbi sığorta pilləsinə keçir. Bu, çox mürəkkəb dövrə düşdü. Həm müharibə, həm də COVID-lə mübarizəyə görə bu keçid mərhələsi çox əziyyətlər gördü. Eyni zamanda iki düşmənlə mübarizə aparmaq tək ölkə üçün çətindir, bu zaman beynəlxalq yardımlarsız ötüşmək çətin idi”.