• 6 Fevral 2023
logo
Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

2021-ci ilin may ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 3 458 vahid və ya 0,2 % artaraq 1,67 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 805 vahid, fiziki şəxslər üzrə 2 420 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 233 vahid artıb.