• 1 Fevral 2023
logo
Aşağı və yuxarı ətrafları amputasiya olunan 178 qazi müasir protezlərlə təmin olunacaq

Aşağı və yuxarı ətrafları amputasiya olunan 178 qazi müasir protezlərlə təmin olunacaq

Ümumilikdə aşağı və yuxarı ətrafları amputasiya olunan 178 qazi 186 müasir protezlə təmin olunacaq.

Bunu Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov bildirib. Onun sözlərinə görə, onlardan aşağı ətrafları amputasiya olunan 70 nəfərə 72 ən son texnologiyalı protez təqdim olunub. Eyni zamanda yuxarı ətrafları amputasiya olunmuş 32 qazidən də müvafiq ölçülər götürülüb.