• 10 İyul 2025
logo
Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib

Azərbaycan əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənib.
Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.