• 29 Yanvar 2023
logo
Ölkə ərazisində anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək - XƏBƏRDARLIQ

Həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcək.
Tibbi-meteoroloji proqnoza əsasən, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.