• 9 Fevral 2023
logo
İdman zallarında nələrə diqqət etməliyik? - AÇIQLANDI

İdman zallarında nələrə diqqət etməliyik? - AÇIQLANDI

COVID-19 pandemiyası dövründə idman zallarından istifadə qaydaları açıqlanıb.

BiG.AZ məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri varsa, idman zallarına getmək tövsiyə olunmur:

"- İdman zalına gedən kimi və zaldan çıxdıqdan sonra əllərinizi sabun və su ilə yuyun,

- Alətlərə toxunduqdan sonra əllərinizi antiseptik məhlulla təmizləyin,

- Zalda istifadə üçün şəxsi əşyalarınızı (dəsmal və s.) götürün,

- Sosial məsafə (ən azı 2 metr) saxlayın,

- İdman edərkən üzünüzə toxunmayın,

- Üzünüzün yerə və alətə toxunmadığına əmin olun,

- Soyunma otağında uzun müddət qalmayın".

Xatırladaq ki, idman zalları iyunun 10-dan xidmətə başlayıb və yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID-19 pasportunu göstərməklə zallara daxil olub məşq edə bilərlər.

Əlavə edək ki, idman, sağlamlıq sahələrində, yəni zallarda çalışan təlimatçılar, məşqçilər və digər işçilərdən isə COVID-19 pasportunun tələb edilməsi iyulun 1-dən tətbiq ediləcək.