• 29 Yanvar 2023
logo
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin sayı açıqlanıb

Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin sayı açıqlanıb

2020-2021-ci tədris ili üzrə 8899 namizəd ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunub.

Bu barədə Təhsil Nazirliyinin tədris ilinin sonu ilə əlaqədar hesabatında bildirilib. Qeyd edilib ki, namizədlər üçün təşkil olunan onlayn müsahibələrdə 5345 nəfər uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.