• 5 Fevral 2023
logo
Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

2020-2021-ci tədris ili üzrə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb.

Bu barədə Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili əlaqədar hesabatında bildirilib. Qeyd edilib ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.